İlk dəfə olaraq barəsində ölüm hökmü verilmiş şəxslərin azot vasitəsilə edamı həyata keçiriləcək
Cebhe.info xəbər verir ki, bu barədə qərarı ABŞ-ın Oklohoma ştatının rəhbərliyi verib. Beləliklə, bu ştat azotdan edam vasitəsi kimi istifadəyə "yaşıl işıq" yandıran ilk ştat olub.
Azot ancaq ölümcül inyeksiya imkanının tükəndiyi zaman tətbiq ediləcək.
2015-ci ildə bu ştatda qalmaqallı edam xəbərlərindən sonra ölüm hökmünün icrası müvəqqəti dayandırılmışdı. Belə ki, inyeksiya vasitəsilə həyatına son qoyulan məhbuslardan bəzilərinin ölüm anında çox ağrı çəkdikləri bildirilir və buna səbəb kimi dərman preparatlarının keyfiyyətsizliyi göstərilirdi. Belə ki, 2014-cü ildə məhbus Kleytonun 40 dəqiqə əzab çəkdikdən sonra öldüyünə dair informasiyalar yayılmışdı. Mütəxəssislər bu qənaətə gəlmişdi ki, səbəb inyeksiyanın təsirindən qaynaqlanır.
Son 40 ildə Oklohomada 112 nəfər edam edilib. Bu isə ABŞ ştatları arasınd aən yüksək göstərici olub. Hazırda ştatın həbsxanalarında edam hökmünün icrasını gözləyən 16 məhbus var.
Digər xəbərlər
loading...