Yük və minik avtomobilləri istehsal olunmayıb
Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 32,2 mln. manatlıq məhsul istehsal edilib.
Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 27,5%, sair nəqliyyat vasitələrinin istehsalı isə 72,7% azalıb.
Yanvar-fevral ayları ərzində yük və minik avtomobillərinin, qoşqular və yarımqoşquların istehsalı olmayıb, 290 ədəd traktor istehsal olunub, ştanqlı quyu nasoslarının istehsalı 33,1%, qazlift quyu avadanlıqları və onların hissələrinin istehsalı 32,9% artıb.
Digər xəbərlər
loading...