Azərbaycan Dillər Universitetində Rumıniya Mərkəzi açılacaq
"Rumıniya və Azərbaycan arasında strateji əməkdaşlıq mövcuddur ".
APA-nın xəbərinə görə, bunu bu gün jurnalistlərə açıqlamasında Rumıniyanın baş nazirinin müavini Ana Birçal bildirib.
A. Birçal deyib ki, Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkədir və bu da strateji əməkdaşlığın əsasını təşkil edir: "İki ölkə arasında sadəcə siyasi, iqtisadi sahədə deyil, həm də mədəniyyət, təhsil sahələrində əlaqələr inkişaf edir. Tezliklə Azərbaycan Dillər Universitetində Rumıniya mərkəzinin açılışı istiqamətində işlər gedir. Azərbaycandan çoxlu sayda tələbə Rumıniyanın yüksək səviyyəli universitetlərində təhsil alır. Ümid edirəm ki, ilbəil hər iki tərəf arasında daha geniş əməkdaşlıq ediləcək".
VI Bakı Qlobal Forumu və Forum çərçivəsində keçirilən Beynəlxalq kitab Sammitinin bir iştirakçısı olmaqdan qürur duyduğunu dilə gətirən A.Birçal kitabın sözlə ifadə edilməyəcək şəkildə mühüm əhəmiyyətə malik olduğunu, gələcək nəslə qoyula biləcək zəngin miras olduğunu vurğulayıb: "Yüksək texnologiyalar dövründə yaşasaq, da köhnə kitabların qoxusunu özləyirəm. Bütün dünyada olduğu kimi mənim ölkəmdə də hər xırda qəpik təhsilə xərclənir. Bu, hər ölkənin gələcək inkişafı üçün vacib investisiyadır. Sizin ölkənizin bu təşəbbüsünü dəstəkləyirəm".
Digər xəbərlər
loading...