Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilir. MilliYol.Az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Qəbələ" cavab matçına evdə çıxıb.
"Qırmızı-qaralar" "Bakcell Arena"da Fransanın "Lill" klubunu qəbul edib. Səfər oyunundan 1:1 hesablı qələbə ilə dönən "Qəbələ" evdə istədiyi nəticəni qazanıb. Matçın taleyini bir qol həll edib və Filip Ozobiç 34-cü dəqiqədə rəqib qapısına yol taparaq "Qəbələ"ni Avropa Liqasının "pley-off" mərhələsinə daşıyıb.
Beləliklə, yenə Avropa Liqasının "pley-off"unda iki Azərbaycan klubu yarışacaq. Ötən il olduğu kimi "Qarabağ"la "Qəbələ" qrupa vəsiqə uğrunda mübarizə aparacaq.
Avropa Liqası
III təsnifat mərhələsi
Cavab oyunu
4 avqust
Qəbələ (Azərbaycan) - Lill (Fransa) 1:0
Qol: Filip Ozobiç, 34.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 6. Rəşad Sadiqov (k), 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 19. Filip Ozobiç (11. Asif Məmmədov, 77), 20. Rikardinyo, 27. Teo Uiks.
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 4. Elvin Camalov, 13. Murad Musayev, 32. Rəşad Eyyubov, 34. Urfan Abbasov, 44. Rafael Santos.
Baş məşqçi: Roman Qriqorçuk.
Lill: 1. Vinsent Enyeama, 2. Sebastyan Korçia, 5. Renato Çivelli, 6. İbrahim Amadu, 8. Munir Obbadi (4. Yunus Sankeyr, 8), 10. Morqan Amalfitano (9. Yassin Benzia, 10), 11. Erik Bautok (20. Rayan Mendeş, 64), 12. Yulian Palmieri, 17. Markos Lopes, 19. Eder, 23. Adama Soumaoro.
Ehtiyat oyunçular: 16. Mayk Malqnan, 13. Stopia Sunzu, 18. Frank Beria, 24. Rio Mavuba (k).
Baş məşqçi: Frederik Antonetti.
Sarı vərəqələr: Nika Kvekveskiri, 44. Asif Məmmədov, 77 - Morqan Amalfitano, 26. Yunus Sankeyr, 64.
Hakimlər: Aleksey Yeskov, Dmitri Mosyaqin, İqor Demeşko, Vladimir Moskalev (Rusiya).
Hakim-inspektor: Oleq Çuykin (Belarus).
UEFA nümayəndəsi: Vasko Dojçinovski (Makedoniya).
Bakı. "Bakcell Arena".
MilliYol.Az
Digər xəbərlər
loading...