“Şahdəniz” yatağının birinci mərhələsinin işlənməsi çərçivəsində cari ilin yanvar-fevral ayında 1,334 milyard kubmetr qaz ixrac edilib
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu da ötən il müvafiq dövrü ilə müqayisədə 3% çoxdur.
Magistral kəmərlərlə nəql edilən qazın 29,6% “Şahdəniz” yatağından hasil edilən qaz olub.
Magistral qaz kəmərləri ilə 4508,8 milyon kub-metr qaz nəql edilmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,1 faiz artım müşahidə olunub.
Qeyd edək ki, 2017-ci ildə “Şah-Dəniz” layihəsinin birinci mərhələsi çərçivəsində 7 milyard 314,2 mln. kubmetr qaz ötürülüb.
Digər xəbərlər
loading...