Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri Bakı səmasında uçuşlar həyata keçirəcək
Trend-in Türkiyə mətbuatına istinadən məlumat verir ki, “Türk şahinləri”nin (SOLO Türk) təsdiq olunmuş proqramına əsasən, Türkiyə qırıcıları 27-28 may tarixlərində Bakı səmasında uçacaqlar.
“SOLO Türk”ün qırıcılarının Bakı ilə yanaşı, Qazaxıstan və Polşada da uçuşlar keçirəcəyi nəzərdə tutulur.
Qeyd edək ki, “SOLO Türk” Türkiyə Hərbi Hava Qüvvələrinin sahib olduğu modern və yüksək performanslı F-16 təyyarələrinin uçuş qabiliyyətini və türk pilotların bu təyyarələrlə bacarıqlarını nümayiş etdirmək məqsədilə yaradılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...