Tovuz-Bakı marşurut xətti ilə hərəkətdə olan sərnişin avtobusunun sürücüsü sükan arxasında ölüb
"Report"un məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində baş verib.
Tovuz rayon sakini Bayram Əsəd oğlu Vəlizadə idarə etdiyi sərnişin avtobusunda qəfildən ölüb. Onun ürəktutmadan keçindiyi bildirilir.
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Goranboy rayon şöbəsinə aparılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...