Xəzər dənizinin statusu haqqında konvensiya bu il imzalanacaq
Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib: "Böyük əminliklə elan edə bilərəm ki, konvensiya bu il, Qazaxıstanda keçiriləcək beşinci sammitdə imzalanacaq. Dekabrda biz Xəzər ölkələrinin – Rusiya, Qazaxıstan, Türkmənistan, İran, Azərbaycan XİN başçılarını Moskvaya yığdıq və öz səviyyəmizdə bu konvensiyanın bütün maddələrini razılaşdırdıq, indi hər bir iştirakçı ölkənin dilində mətnlər tutuşdurulur", – deyə nazir "Rusiya-imkanlar ölkəsi" adlı forumda bildirib.
Sergey Lavrov konvensiyanın imzalanacağına əmin olduğunu və hələlik bunun üçün heç bir maneə görünmədiyini bildirib. (Amerikanın Səsi)
MilliYol.Az
Digər xəbərlər
loading...