“Türkiyə ilə Ermənistan arasında imzalanmış “Sürix protokolu” qüvvəyə minməmiş olsa da, Ermənistan tərəfinin seçki ərəfəsində belə bir addım atması xoş deyildi”
Bunu APA-ya Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız Ermənistanın iki ölkə arasında 2009-cu ildə Sürixdə imzalanmış protokoldan imtina etməsi ilə bağlı sualın cavabında deyib.
Nazir müavini əlavə edib ki, bu müqavilə Türkiyədən çox, Ermənistanın xeyrinə idi: “Özləri bilər. Onsuz da bu neçə ildə Dağlıq Qarabağ münaqişəsinin həllini istəmədiklərini nümayiş etdirirdilər. Bununla bir daha göstərmiş oldular. Biz protokoldan daha çox onların Azərbaycan torpaqlarından çıxmasını gözləyirik. Bu da münaqişənin həllinin açarı idi. Ancaq istəmədilər”.
MilliYol.Az
Digər xəbərlər
loading...