“KİV-lərdə qondarma "DQR" nümayəndəsi kimi təqdim olunan Albert Andriyan Rusiya XİN-də Ermənistanın Moskvadakı səfirliyinin müşaviri kimi qeydə alınıb”
"Report"un məlumatına görə, bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə Azərbaycanın işğal olunmuş ərazilərindəki separatçı rejimin Moskvada nümayəndəliyinin yaradılması barədə Azərbaycan KİV-nin sorğusunu şərh edərkən bildirib.
"Moskvada heç bir "Artsax" nümayəndəliyi yoxdur", - M.Zaxarova deyib.
Onun sözlərinə görə, sözügedən yazılarda adı çəkilən Albert Andriyan Ermənistanın Rusiyadakı səfirliyində müşavirdir.
"O, hər halda Rusiya Xarici İşlər Nazirliyində bu cür akkreditə olunub", - XİN nümayəndəsi vurğulayıb.
Digər xəbərlər
loading...