Böyük Britaniya keçmiş QRU polkovniki Sergey Skripalın Rusiya mənşəli kimyəvi silahla zəhərlənməsinə cavab olaraq bu ölkəyə qarşı sanksiya hazırlayır
Bunu xarici işlər naziri Boris Conson BBC telekanalında açıqlayıb. Conson deyib ki, sanksiyalar Rusiya prezidenti Vladimir Putinin korrupsiyaya bulaşmış yaxınlarını da əhatə edəcək.
Birləşmiş Krallığın xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, hazırda cinayətkarlıqla mübarizə üzrə Milli Agentlik "qara siyahı"nın potensial fiqurantlarının böyük siyahısını hazırlayır. O, qeyd edib ki, söhbət Putinin sayəsində varlananlardan və öz vəziyyətinə görə Kreml rəhbərinə borclu olanlardan gedir: "Bu adamların hamısı Britaniya polisinin xüsusi diqqəti altında olacaq".
Bundan əvvəl Böyük Britaniyanın baş naziri Tereza Mey elan edib ki, ölkə ərazisində Rusiyaya aid dövlət aktivlərinə də həbs qoyula bilər.
MilliYol.Az
Digər xəbərlər
loading...