Bir müddət əvvəl əhalinin gözü qarşısında Salyan rayon Polis şöbəsinin Pərviz adlı əməkdaşına söz verən Sevindik Hətəmov verdiyi sözü elə hadisə yerindən uzaqlaşan kimi də unudub
Bir müddət əvvəl Salyanda hər kəs icra başçısı Sevindikt Hətəmovun Pərviz adlı polis əməkdaşının kredit borcunu ödəməsindən danışır və icra başçısını comərdliyinə görə öyürdü.
Belə ki, iyunun 13-də günorta saatlarında Akkuşa çayının Salyan şəhərindən keçən hissəsində 15 yaşlı Alxas Sadıq oğlu Mirməmmədov batmış və azyaşlı batdıqdan sonra onun meytini axar aparmışdı. Çay boyunca başlanılan axtarışlar bir neçə saat davam etsə də, nəticəsiz olmuşudu.
Bundan sonraməsələyə bir başa Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov qarışımış və “Meliorasiya və Su Təsərrüfatı” ASC ilə əlaqə saxlayaraq kanaldan suyun azaldılmasını tapşırmışdı. Bundan sonra gecə saat 2 radələrinə kimi axtarış davam etlirilmiş və nəhayət Salyan RPŞ-nin Pərviz adlı əməkdaşı 15 yaşlı oğlanın meyitini suyun altından tapıb çıxarmışdı. Polis əğəkdaşını hər kəsin qarşısında tərifləyən icra başçısı ondan nə problemi olduğunu soruşub və cavabında kreditinin olduğunu və maaşla bu krediti ödəməkdə çətinlik çəkliyini bildirmişdi. Polis nəfərini mükafatlandırmaq isttədyini çsöyləyən icra başçısı isə hər kəsin gözü qabağında Pərvizə ən qısa müddətdə kreditlərini tam ödəyəcəyini vəd edib. Bu hadisə isə onlarla insanın şahidliyi ilə baş verib.
AzMedia.İnfo-ya Salyandan verilən məlumata, icra başçısı vədini elə həadisə yerindən uzaqlaşan kimi unudub. Çünki verdiyi vəddən vədindən 2 aya yaxın vaxt keçib və polis əməkdaşının krediti bağlanmayıb. Pərviz adlı polis hələ də kreditlərini özü ödəməli olur.
Qarşı tərəfin mövqyeini dərc etməyə hazırıq.
MilliYol.Az
Digər xəbərlər
loading...