“VI Qlobal Bakı Forumu ilə əlaqədar martın 15-dən 18-dək tədbirlərin keçiriləcəyi ərazilərdə, eləcə də onlara bitişik küçə və yollarda təhlükəsizliyi təmin etmək məqsədilə nəqliyyat vasitələrinin hərəkət istiqaməti fasilələrlə dəyişdiriləcək”
Bunu Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, sürücülərin həmin müddət ərzində alternativ variantlardan istifadə etmələri tövsiyə olunur: “Hazırda Bakı şəhəri ərazisində bir neçə əhəmiyyətli yollarda təmir-tikinti işlərinin aparılması süni nəqliyyat sıxlığının yaranmasına səbəb olub. Ona görə də paytaxtda keçirilən forumla əlaqədar sıxlığın yaşanmaması üçün vətəndaşların ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri xahiş olunur. Paytaxtda keçirilən tədbirin əhəmiyyətini və mövcud vəziyyəti qiymətləndirərək yol polisi və sürücü həmrəyliyinin yaranmasını təklif edirik”.
V.Əsədov qeyd edib ki, martın 15-dən 18-dək hava limanından şəhərin mərkəzinə doğru, yəni Heydər Əliyev, Zərifə Əliyeva, Azadlıq, Neftçilər, Parlament, Hüseyn Cavid, Nəriman Nərimanov və Bakıxanov prospektləri, "Azneft", Mikayıl Müşfiq dairələri, Yusif Səfərov, Üzeyir Hacıbəyli, Rəsul Rza, Niyazi, Lermentov, Teymur Elçin və Mehdi Hüseyn küçələri, eləcə də tədbirlərin keçiriləcəyi ərazilərə bitişik küçə və yollarda avtomobilllərin hərəkət istiqaməti fasilələrlə dəyişdiriləcək”.
İdarə rəsmisi əlavə edib ki, günün qaranlıq vaxtları isə paytaxtın Azneft dairəsi istiqamətində Bayıl qəsəbəsindən nəqliyyat vasitələrinin hərəkət istiqaməti fasilələrlə dəyişdiriləcək: “Bundan başqa, son zamanlar Bakı ərazisində yük maşınlarının qadağan edilmiş vaxtlarda hərəkətinə icazə verilməyən ərazilərdə hərəkət etdiyi müşahidə olunur. Bu da, öz növbəsində, süni sıxlığın yaranmasına təsir göstərən amildir və inzibati xəta tərkibi yaradır. Bir daha xəbərdarlıq edirik ki, yük maşınları günün qaranlıq vaxtı, yəni axşam saat 23:00-dan səhər 07:00-yə qədər icazə verilən yollar üzrə hərəkət etsinlər”.
MilliYol.Az
Digər xəbərlər
loading...