İranda hicaba qarşı aksiyalar güclənib
Ölkənin bir çox şəhərlərində küçələrə axışan qadınlar hiclablarına od vurublar.
Onlar hicabı məcbur edən qanunun ləğv edilməsini tələb ediblər.
Çox sayda etirazçının polis tərəfindən saxlanıldığı bildirilib.
Xatırladaq ki, qadınların məcburi hicaba qarşı dinc etirazına təxminən iki ay yarım əvvəl start verilib. Vida Müvəhhid adlı 31 yaşlı qadın Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi hicaba öz etirazını bildirib. O, göstərdiyi bu şücaətinə görə sosial şəbəkələrdə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşıb/Teleqraf.com.
MilliYol.Az
Digər xəbərlər
loading...