"OPEC və qeyri-OPEC ölkələri ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində bu gün beynəlxalq bazarda neftin qiyməti sabitləşib"
"OPEC-ə üzv dövətlər və qeyri-OPEC ölkələrinin birgə həyata keçirdiyi tədbirlər nəticəsində bu gün beynəlxalq bazarda neftin qiyməti sabitləşib".
“APA-Economics”in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, neftin qiymətinin sabit qalması üçün bu əməkdaşlıq davam etdirilməlidir:“Bu işin nəticəsini görərək həm OPEC, həm də qeyri-OPEC ölkələri, o cümlədən Azərbaycan da düşünür ki, bu fəaliyyəti davam etdirmək lazımdır”.
Nazir xatırladıb ki, bu ilin iyun ayında Vyanada OPEC-in nazirlər səviyyəsində görüşü planlaşdırılır: "Ümid edirik ki, orada yenə də çox faydalı qərarlar qəbul ediləcək. Bu da neftin qiymətinin bazarda sabitləşməsinə xidmət edəcək”.
MilliYol.Az
Digər xəbərlər
loading...