“Bu il biz TANAP layihəsinin istismara verilməsini birlikdə qeyd edəcəyik. Bu, tarixi layihədir və uğurla başa çatır”
“Bu layihə ölkələrimizi bir-birinə daha da sıx bağlayacaq, eyni zamanda həm bizim, həm də ondan faydalanacaq ölkələr üçün yeni imkanlar açacaq”.
Virtualaz.org bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev bunu martın 14-də Türkiyənin Baş naziri Binəli Yıldırım ilə görüşündə deyib.
Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının təntənəli şəkildə qeyd olunduğunu xatırladan İ.Əliyev bildirib ki, bu gün bu yol artıq uğurla fəaliyyət göstərir: “Bakı-Tbilisi-Ceyhan və TANAP-dan sonra bu, üçüncü tarixi layihəmizdir. Ölkələrimiz bu layihəni birlikdə icra edirlər. Yəni, bütün sahələrdə bizim əməkdaşlığımızın çox gözəl nəticələri var. Bu nəticələr xalqlarımız, ölkələrimiz üçün çox əhəmiyyətlidir və Avrasiya qitəsi üçün də böyük əhəmiyyət daşıyır”.
Dövlət başçısı həmçinin iki ölkə arasında iqtisadi sahədə çox yüksək səviyyəli əməkdaşlığın mövcud olduğunu vurğulayıb və deyib ki, bunun yaxşı nəticələri var. Belə ki, keçən il ticarət dövriyyəsi artıb, qarşılıqlı sərmayə qoyulur. Türkiyə Azərbaycana və Azərbaycan Türkiyəyə 10 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qoyuluşu davam edir və daha böyük rəqəmlərə çatacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...