Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Angela Merkelin bundestaqda kansler seçilməsindən sonra onu bu vəzifəyə təsdiqləyib
Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, mərasim martın 14-də prezident iqamətgahında – Berlindəki Belvyu sarayında keçirilib.
Bu gün səhər saatlarında Bundestaqın 709 deputatından 692-si Merkelin namizədliyi ilə bağlı keçirilən gizli səsvermədə iştirak edib. Minimum 355 səs lazım olduğu halda, 364 deputat Merkeli dəstəkləyib.
Gizli səsvermənin nəticələri deputatlar tərəfindən sürəkli və uzun sürən alqışlarla qarşılanıb.
Prezidentin təsdiqindən sonra yeni seçilən kanslerin Bundestaqa qayıdaraq and içəcəyi gözlənilir. Yerli vaxtla saat 13:30-da isə Berlində Almaniya hökumətinin formalaşdırılması başa çatmalıdır. Yeni hökumətin ilk iclası artıq günün ikinci yarısında baş tuta bilər.
MilliYol.Az
Digər xəbərlər
loading...