Ermənistan prezidenti Serj Sarkisyan avqustun 10-da Rusiyaya səfər edəcək. Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Sarkisyan Moskvada prezident Vladimir Putinlə görüşəcək. Görüşdə ikitərəfli münasibətlərin inkişafı, siyasi, ticarət, humanitar, həmçinin, Avrasiyaya inteqrasiya prosesləri müzakirə olunacaq.
Qeyd edək ki, avqustun 8-də V. Putin Bakıya səfər edəcək. Avqustun 9-da Ərdoğanla görüşəcək. Bu görüşlərin ardınca Sarkisyanın Moskvaya səfəri diqqət çəkir. (Publika.az)
MilliYol.Az
Digər xəbərlər
loading...