Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İran prezidenti Həsən Ruhani ilə görüşüb
APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə iki ölkənin əlaqələrinin inkişafına dair müzakirələr aparılıb.
Görüş Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclasından sonra baş tutub.
Ş.Mustafayev bu gün həm də İranın sənət, mədənlər və ticarət naziri Məhəmməd Şəriətmədari ilə görüşəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...