“Buta Airways” 2018-ci il iyunun 7-dən etibarən Türkiyənin məşhur kurort şəhəri – Alanyaya birbaşa uçuşlara başlayır
“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, aviaşirkətin digər istiqamətləri kimi Bakı-Alanya (Qazipaşa hava limanı) istiqaməti üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar iyunun 7-dən etibarən həftədə iki dəfə - cümə axşamı və şənbə günləri həyata keçiriləcək.
Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında, həmçinin satış ofislərində əldə etmək mümkündür.
Lou-kost aviaşirkət olaraq, minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.
Qeyd edk ki, "Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-cı ilin dekabrında əsası qoyulmuşdur. Aviaşirkətinin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.
MilliYol.Az
Digər xəbərlər
loading...