“YPG Menbiçdən çıxan kimi ABŞ və Türkiyə hərbçiləri bölgənin təhlükəsizliyini birgə təmin edəcək”
MilliYol.Az “Report”-a istinadən xəbər verir ki, bunu Moskvada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, martın 19-da Suriya məsələsi ilə bağlı “Yol xərtiəsi” müəyyənləşdiriləcək: “YPG (terrorçu PKK-nın Suriyadakı qollarında biri – “Report”) Mebiçdən çıxandan sonra ABŞ və Türkiyə hərbçiləri bölgədə təhlükəsizliyi birlikdə təmin edəcək. ABŞ-ın YPG-yə verdiyi silahların hamısını geri ala bilməyəcəyimizi bilirik. Onların bəziləri köhnəlib, bəziləri itib. Ancaq ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl demişdi ki, həmin silahları terrorçulardan geri alacaqlar. ABŞ-Türkiyə İşçi qrupunda verilən bu vədə necə əməl olunduğunu görəcəyik”.
Qeyd edək ki, martın 19-da Mövlud Çavuşoğlu Vaşinqtonda ABŞ-ın dövlət katibi Reks Tillersonal görüşəcək. Həmin görüşdə Suriya məsələsi müzakirə ediləcək.
MilliYol.Az
Digər xəbərlər
loading...