Azərbaycan 2016-2017-ci illərdə silah idxalına görə dünyada 27-ci yeri tutub
Bu barədə Stokholmun dünya problemlərini araşdıran Beynəlxalq İnstitutunun (SİRPİ) hesabatında göstərilir.
Hesabata əsasən, Azərbaycan iki il ərzində 551 milyon ABŞ dollar dəyərində silah alıb.
Xatırladaq ki, Azərbaycan bu dövrdə İsraildən 4 ədəd OPV-62 hərbi gəmi, 40 ədəd "Orbiter" PUA, 215 ədəd "Spike-NLOS" tank əleyhinə raket idxal edib.
Bununla yanaşı, Azərbaycan Çexiyadan 10 ədəd "RM-70" 122 mm-lik reaktiv yaylım atəş sistemi (RYAS) alıb.
Azərbaycan göstərilən dövrdə Rusiyadan 36 ədəd "TOS-1" ağır odsaçan artilleriya sistemi, 40 ədəd "BTR-82A" zirehli nəqliyyat vasitəsi, eləcə də 800 ədəd "Xrizantema" özü hərəkət edən tank əleyhinə raket kompleksi idxal edib. Slovakiyadan isə 18 ədəd 152 mm-lik "Dana" özü hərəkət edən top-haubitsa satın alınıb.
Öz növbəsində, Ermənistan göstərilən dövrdə 124 milyon ABŞ dolları məbləğində silah ixrac etməklə bu reytinqdə 54-cü yeri tutub.
Hərbi məhsulların ən böyük ixracatçılarının reytinqinə ABŞ, Rusiya, Fransa, Almaniya və Çin başçılıq edib. Onlar 2013-2017-ci illərdə dünya silah ixracının 74%-ni təmin ediblər/Report.
MilliYol.Az
Digər xəbərlər
loading...