İlk devalvasiyadan əvvəl, 2014-cü ilin sonunda bankların ev təsərrüfatlarına verdikləri kreditlər (əsasən istehlak kreditləri) 7 milyard 731.8 milyon manata çatmışdı
Mərkəzi Bankın məlumatına görə, 2015-ci ilin Fevralında baş vermiş devavasiyadan sonra 8 milyard 416.7 milyon manata qalxan ev təsərrüfatlarına verilmiş kreditlər 2018-ci ilin Yanvar ayının sonunda 4 milyard 522.8 milyon manata düşüb (46% azalıb).
Ev təsərrüfatlarına verilmiş kreditlər aydan-aya azalır. 2018-ci ilin yanvar ayında azalma 83,7 milyon manat təşkil edib. 2017-ci ilin sonunda ev təsərrüfatlarına verilmiş kreditlər 4 milyard 606.5 milyon manat təşkil etmişdi.
MilliYol.Az
Digər xəbərlər
loading...