"Bu gün Azərbaycanda gedən demokratik inkişafı alqışlayıram. Azərbaycana səfərlərim, xalqın təmsilçiləri ilə mütəmadi əlaqələrim mənə bu ölkədə demokratiyanın durmadan inkişaf etdiyini düşünməyə əsas verir"
Bu fikirləri “Report”un Qərbi Avropa bürosuna açıqlamasında Fransa Milli Assambleyasının deputatı Andre Vilye bildirib.
Onun sözlərinə görə, Fransa respublikanın onun adı ilə bağlı olduğunu hesab edir: "Lakin yüz il bundan əvvəl dünyanın başqa bir hissəsində Azərbaycan Xalq Cümhuriyyəti qurulub və bu il Azərbaycan bu respublikanın yüzilliyini qeyd edir".
A.Vilye deyib ki, Azərbaycan sovetlər dönəmindəki 70 illik çətin, mürəkkəb vəziyyətə baxmayaraq, bu gün demokratiya yolunu seçib: "Azərbaycanın tutduğu bu demokratiya yolu həm özünün inkişafı naminə, həm də dünya ölkələri ilə münasibətlərinin, o cümlədən Fransa ilə əlaqələrinin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir".
"Demokratiya uzun bir yol tələb edir. Mən Azərbaycan rəhbərliyinə bu çətin yolda böyük uğurlar arzulayıram və Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə xalqınızı təbrik edirəm", - fransalı deputat qeyd edib.
MilliYol.Az
Digər xəbərlər
loading...