10 mart 2018-ci il tarixində Qazax rayonunun Cəfərli kəndi ərazisində Ağstafaçay su anbarında batdığı ehtimal edilən 1978-ci il təvəllüdlü Məmmədov Elşən Rişad oğlu və 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlunun axtarışları bu gün davam etdirilib
FHN-dən virtualaz.org-a verilən məlumata görə, axtarışlara Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Axtarışlar nəticəsində E.Məmmədovun meyiti batdığı yerdən 500 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Axtarışlar davam edir.
Əlavə məlumat veriləcək.
MilliYol.Az
Digər xəbərlər
loading...