Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin ilk iki ayı ərzində 545 mindən çox sərnişinə xidmət göstərib
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən “APA-Economics2ə verilən xəbərə görə, bu göstərici ötən ilin analoji göstəricisindən 16% çoxdur.
Cari ilin yanvar-fevral ayları ərzində “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 222 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 63 min sərnişin düşüb.
470 min sərnişin (sərnişin dövriyyəsinin 86,2%-i) beynəlxalq reyslərlə daşınıb.
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 47 istiqamət üzrə 27 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna – İstanbul, Moskva, Dubay, Kiyev, Doha, Şarja, Tbilisi, Bağdad, Tehran və Sankt-Peterburq daxildir. Yanvar-fevral ayları ərzində bu istiqamətlərə 368 min sərnişin uçub. Cari ilin mart ayından Əbu-Dabidən Bakıya müntəzəm reysləri BƏƏ-nin aparıcı aviaşirkətlərindən biri – “Etihad Airways” yerinə yetirməyə başlayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...