"BakuBus" sürücüsünü təhqir edən şəxs barəsində inzibati tənbeh tətbiq olunub
"BakuBus" MMC-dən virtualaz.org-a verilən məlumata görə, fevralın 28-i saat 14:08-da 1 saylı marşrut xətti üzrə hərəkət edən “BakuBus”a məxsus 99-JX-256 dövlət qeydiyyat nişanlı avtobus sürücüsünün qaydaları pozaraq avtobusun hərəkət zolağında saxlamış 99- AL-789 dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü tərəfindən sərnişinlərin gözü önündə təhqir olunması ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunmuşdu. Artıq araşdırmanın nəticəsi ilə bağlı MMC-yə rəsmi məlumat daxil olub.
Məlumatda deyilir ki, hadisənin araşdırılması Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis bölməsi tərəfindən həyata keçirilib və hadisəni törədən şəxs N. Musayev polis bölməsinə gətirildikdən sonra tutduğu əməldən səmimi peşmanlıq hissi keçirdiyini bildirib, avtobus sürücüsündən üzr istəyərək bağışlanmasını xahiş edib. Bununla belə, polis orqanları tərəfindən toplanmış materiallar əsasında vətəndaş N.Musayev barəsində törətdiyi qanunsuz hərəkətlərə görə Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 510-cu madəsinə uyğun olaraq inzibati tənbeh tədbiri həyata keçirilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.
...“BakuBus” MMC bird daha sərnişinləri və digər yol hərəkəti iştirakçılarını qaydalara əməl etməyə, ictimai nəqliyyatın normal fəaliyyət göstərməsi üçün mövcud qanunvericiliyin tələblərini yerinə yetirməyə dəvət edir.
MilliYol.Az
Digər xəbərlər
loading...