Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) İstanbula uçarkən qəzaya uğrayan “Başaran Holding”ə məxus təyyarənin pilotunun dispetçer qülləsi ilə son danışığı ortaya çıxıb
Avropa.info xəbər verir ki, BƏƏ-nin Şarika şəhərindən Türkiyəyə uçan təyyarə İranın cənub-qərbində Şəhrəkürd bölgəsində qəzaya uğrayıb.
Kapitan pilot Melike Kuvvet təyyarə havaya qalxdıqdan bir qədər sonra dispetçer qülləsi ilə əlaqə yaradaraq, “Eniş tələb edirəm” sözlərini deyib.
Xatırladaq ki, BƏƏ-nin Şarja şəhərindən İstanbula qayıdan təyyarədə 2 qadın pilot, 1 stüardessa və 8 sərnişin olub.
Məlum olub ki, təyyarədə ölənlərdən biri iş adamının qızı Minə Başaran və onun 7 rəfiqəsidir. Onlar toy öncəsi subaylığa vida gecəsindən qayıdırlarmış.
Qəza nəticəsində sağ qalan olmayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...