Azərbaycanda bakalavriat və tibb təhsili üzrə əsas təhsil səviyyələrində tələbələrə düşən təhsil xərclərinin yeni miqdarı təsdiqlənib
APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarında dəyişiklik edib.
Qərara əsasən, “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və tibb təhsili üzrə əsas təhsil səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı” yeni redaksiyada təsdiq edilib.
Ali təhsil müəssisələrinin bakalavriat təhsili səviyyəsində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə), Xarici dil müəllimliyi (dillər üzrə), Fizika müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi, Riyaziyyat müəllimliyi, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə), Texnologiya müəllimliyi, Musiqi müəllimliyi, Biologiya müəllimliyi, Kimya müəllimliyi, Kimya və biologiya müəllimliyi, Tarix müəllimliyi, Tarix və coğrafiya müəllimliyi, Coğrafiya müəllimliyi, İnformatika müəllimliyi, Təsviri incəsənət müəllimliyi, İbtidai sinif müəllimliyi, Korreksiyaedici təlim, Məktəbəqədər təlim və tərbiyə və Təhsildə sosial-psixoloji xidmət ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1320 manat, Filologiya (dil və ədəbiyyat göstərilməklə), Fəlsəfə, Tərcümə (dillər üzrə), Jurnalistika, Kitabşünaslıq, Tarix, Antropologiya, Politologiya, Psixologiya, Sosiologiya, Regionşünaslıq (regionlar üzrə), Hüquqşünaslıq, Beynəlxalq münasibətlər, Dinşünaslıq, Kitabxanaçılıq və informasiya, ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1620 manat, Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1320 manat, İnstrumental ifaçılıq, Solo oxuma, Dirijorluq, Bəstəkarlıq və Musiqişünaslıq ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 6820 manat, Xalq çalğı alətləri ifaçılığı, Aktyor sənəti, Rejissorluq və Operator sənəti ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1800 manat, Xoreoqrafiya sənəti, Estrada sənəti, Teatrşünaslıq, Bədii yaradıcılıq və ekran dramaturgiyası və Kinoşünaslıq, Dünya iqtisadiyyatı, Mühasibat uçotu və audit, Maliyyə, İqtisadiyyat, Sənayenin təşkili və idarə olunması, Statistika, Menecment, Marketinq, Biznesin idarə edilməsi, Dövlət və bələdiyyə idarəetməsi və Kommersiya və davamlı inkişafın təmin edilməsi ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1320 manat, Riyaziyyat və Mexanika ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1420 mana manat təsdiqlənib.
Materialşünaslıq mühəndisliyi, Geologiya mühəndisliyi, Hidrogeologiya mühəndisliyi, Geofizika mühəndisliyi, Dağ-mədən mühəndisliyi, Neft-qaz mühəndisliyi, Neft-qaz qurğuları mühəndisliyi, Elektroenergetika mühəndisliyi, İstilik energetikası mühəndisliyi, Enerji maşınqayırması mühəndisliyi, Metallurgiya mühəndisliyi və Maşın mühəndisliyi ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1620 manat, Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi, Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi, Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi, Uçuş mühəndisliyi, Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi, Gəmiqayırma və gəmi təmiri mühəndisliyi, Gəmi energetik qurğularının istismarı mühəndisliyi, Dəniz naviqasiyası mühəndisliyi, Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi, Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi, Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi, Cihazqayırma mühəndisliyi, Texnoloji maşın və avadanlıqlar mühəndisliyi, Elektrik mühəndisliyi, Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Mexatronika, İnşaat mühəndisliyi, Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi, Nəqliyyat tikintisi mühəndisliyi, Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi, Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi, Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi, Geodeziya və xəritəçilik mühəndisliyi, Kimya mühəndisliyi, Qida məhsulları mühəndisliyi, Çoxişlənən malların texnologiyası mühəndisliyi, İstehlak mallarının ekspertizası və marketinqi, Poliqrafiya mühəndisliyi, Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi, Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi və Biotibbi texnologiya mühəndisliyi, Ekologiya mühəndisliyi, Yanğın təhlükəsizliyi mühəndisliyi, Kosmik texnologiyalar mühəndisliyi, Kosmik texnika mühəndisliyi, Kosmik idarəetmə sistemləri mühəndisliyi, Silah və silah sistemlərinin istehsal texnologiyası, Optotexnika, Pirotexniki vasitələrin texnologiyası, Çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması, istismarı və təmiri, Kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi və istehsalı, İnformasiya təhlükəsizliyi, Torpaqşünaslıq və aqrokimya, Aqronomluq, Zootexniklik, Baytarlıq, Yer quruluşu, torpaq və şəhər kadastrı, Aqromühəndislik, Balıqçılıq və balıqçılıq təsərrüfatı işi, Meşəçilik və Su bioehtiyatları və akvabitkilər ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1620 manatdan manata, Turizm və otelçilik, Nəqliyyat servisi (nəqliyyat növləri üzrə) ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1620 manatdan manat səviyyəsində müəyyənləşib. Sosial iş ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1320 manat, Sənətşünaslıq ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1700 manat, Rejissorluq ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 2400 manat, Dekorativ sənət ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 4000 manat, Dizayn ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1920 manat, Rəngkarlıq, qrafika və heykəltaraşlıq ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 5000 manat, Memarlıq ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 2000 manat səviyyəsində təsdiqlənib.
Tibb təhsili üzrə əsas təhsil səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı Müalicə işi ixtisası üzrə 4500 manat, Hərbi həkim işi ixtisası üzrə 4500 manat, Tibbi profilaktika ixtisası üzrə 4000 manat, Əczaçılıq ixtisası üzrə 4000 manat, Stomatologiya ixtisası üzrə 4000 manatdan manat təsdiqlənib.
Beləliklə, bu ixtisaslar üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı dəyişməyib. Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarında da bu ixtisaslar üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı yeni redaksiyadakı kimi olub.
Fizika, Kimya, Biologiya, Coğrafiya, Hidrometeorologiya, Geologiya, Kompüter elmləri və Ekologiya ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı isə 1420 manatdan 1629 manata qaldırılıb. Ali təhsil müəssisələrinin bakalavriat təhsili səviyyəsində İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası çıxarılıb. Bu ixtisas üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1620 manat olub.
MilliYol.Az
Digər xəbərlər
loading...