17 yaşlı Alsu Bayramova daha bir uğura imza atıb.
MilliYol.Az xəbər verir ki, gənc üzgücü fevralın sonunda keçirilən üzgüçülük üzrə Azərbaycan çempionatının qalibi olub. Özü də Alsu düz 6 növdə birincilik qazanıb və eyni sayda qızıl medalla təltif edilib.
Rusiyada dünyaya gələn Alsu 4 yaşından üzgüçülüklə məşğul olmağa başlayıb. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra ailəsi ilə birlikdə Azərbaycana köçüb və müxtəlif yarışlarda doğma vətənini təmsil etməyə qərar verib. Ötən il Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Yuliya Stisyuk, İlahə Rəciyeva və Fatimə Alkərimova ilə birlikdə 4x100 metr məsafəyə sərbəst estafet yarışlarına qatılan Alsu ölkəmizə bürünc medallar qazandırıb.
Rusiyanın əməkdar idman ustası adını daşıyan Alsu hazırda Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində də təhsil alır. İlk günlərdən fəal tələbələr sırasında özünü göstərməyi bacaran Bayramova fakültənin xəbərlər buraxılışının da aparıcılığını da edir.
Hazırda Alsu daha bir mötəbət turnirə hazırlaşır. Martın 21-də Slovakiyada üzgücüçülük üzrə seçmə yarışlar start götürür. Bu mərhələhədə uğurla çıxış edənlər Argentinada keçiriləcək gənclər olimpiadasına vəsiqə qazanacaqlar. Arzu edirik ki, Alsu da Slovakiyada bacarığını tam göstərə bilsin, Azərbaycana medal və olimpiadada iştiraka imkan verən lisenziya ilə qayıtsın.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...