İranda qəzaya uğrayan özəl təyyarə Türkiyənin "Başaran" holdinqinə məxsusdur
Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.
Türkiyə Dənizçilik və İnformasiya Nazirliyi də İran hava sahəsində Türkiyə özəl şirkətinə məxsus təyyarənin qəzaya uğradığını təsdiq edib.
Qeyd edək ki, bu gün Birləşmiş Ərəb Əmirliklərindən İstanbula uçan təyyarə Tehranın cənubunda, Şahrekord şəhəri yaxınlığında qəzaya uğrayıb. Dağlıq əraziyə düşən təyyarə yerə çırpılaraq yanmağa başlayıb. "Reuters" agentliyi təyyarədə 3 heyət üzvü və 8 sərnişin olmaqla, 11 nəfər olduğu və qəzada onların hamısının həyatını itirdiyi barədə məlumat yayıb.
***
İranda Türkiyəyə məxsus özəl təyyarə qəzaya uğrayıb.
Bu barədə İRNA agentliyi məlumat yayıb.
Birləşmiş Ərəb Əmirliklərindən İstanbula uçan təyyarə Tehranın cənubunda, Şahrekord şəhəri yaxınlığında qəzaya uğrayıb. Dağlıq əraziyə düşən təyyarə yerə çırpılaraq yanmağa başlayıb. "Reuters" agentliyi təyyarədə 3 heyət üzvü və 8 sərnişin olmaqla, 11 nəfər olduğu və qəzada onların hamısının həyatını itirdiyi barədə məlumat yayıb.(APA)
Digər xəbərlər
loading...