2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində hərəkət edən “Gilavar” Hava və Ekstrim İdman klubunun itkin düşmüş 3 üzvünün axtarışları davam etdirilir
“Gilavar” hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımlı Modern.az-a bildirib ki, axtarışlar nəticəsizdir: “Hər yerə baxılıb. Hətta əvvəl axtarış aparılan yerlərə təkrar baxış keçirilib, amma onların heç bir izinə də rast gəlinməyib”.
Z.Qasımlı deyib ki, axtarışlar növbəli şəkildə davam etdirilir: “8 gündən 1 növbə dəyişilir. Çünki çətin və soyuq hava şəraitdə davamlı işləmək olmaz. Buna görə də axtarışlar növbəli şəkildə aparılır. Rəsmilərin sözlərinə görə, axtarışlar onlar tapılanadək davam etdiriləcək”.
23 dekabrda 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü geri qayıtmayıb, onlarla əlaqə kəsilib. Fövqəaldə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumat aidiyyəti qurumlara ötürülüb.
FHN-in Aviasiya dəstəsi axtarışlara başlayıb. İtkin düşən alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızıdır.
Digər xəbərlər
loading...