Beyləqan Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmovanın oğlu öz iş yoldaşını rayon DYP-nin Namiq adlı işçisini bıçaqlayıb.
Rublika.az-a verilən məlumata görə Tural Əliyevlə Namiq Zeynalov arasında mübahisə yaranıb və sonda Təhsil şöbəsi müdrinin oğlu qəflətən iş yoldaşının bədən nahiyyəsinə bir neçə yerdən bıçaq zərbəsi endirib.
Məlumata görə, Tural Əliyev Beyləqan Dövlət Yol Patrul xidmətində bir neçə gün öncə xidmətə başlayıb. Hadisə ilə bağlı Beyləqan rayon Polis İdarəsində cinayət işi açılsa da, hələ ki, Təhsil şöbəsi müdirinin oğlu məsliyyətə cəlb edilməyib.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
Mənbə: Rublika.az
Digər xəbərlər
loading...