ABŞ-da bəziləri Ankara ilə müttəfiqliyə şübhə ilə yanaşırlar
Axar.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.
“Biz NATO-nin qurucu üzvlərindən biri olaraq ittifaqa bir çox yararlar vermişik. Biz əsas açar müttəfiqlərdən biriyik. Bu, strateji seçimimizdir. Heç kimi bizi NATO-dan çıxara bilməz. Bu, texniki baxımdan mümkün deyil. NATO bizim evimizdir. Bəzi Qərb ölkələri Türkiyə kimi ölkələrə qarşı necə davranıldığını təəssüf ki, hələ də bilmirlər. Artıq Türkiyəyə 20 il əvvəlki kimi davrana bilməzlər”, – deyə o bildirib.
Digər xəbərlər
loading...