Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Bu barədə virtualaz.org saytına vəkil Vüqar Xasayev məlumat verib. Vəkilin bildirdiyinə görə Hakim Sənan Qarayevin sədirliyi ilə keçirilən prosesdə sabiq nazirin apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Vəli Ələsgərov iyunun 24-də Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. Onun cinayət işi üzrə məhkəmə prosesi əvvəldən axıradək qapalı keçirilib.
Vəli Ələsgərov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etmək) maddələri ilə ittiham olunub.
V.Ələsgərov 15 il Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində çalışıb.
MilliYol.Az
Digər xəbərlər
loading...