Bu ilin yanvar-fevral aylarında Azərbaycan 1612,81 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər ixrac edib
Dövlət Gömrük Komitəsindən (DGK) "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 285,26 dollar və yaxud 44,34% azdır.
Hesabat dövründə spirtli və spirtsiz içkilərin ixracı ümumi ixracın 0,07%-ni təşkil edib.
Bu ilin ilk 2 ayı ərzində Azərbaycana idxal edilmiş spirtli və spirtsiz içkilərin dəyəri isə 7 757,07 min dollar olub. Bu isə 1 il əvvələ nisbətən 1 083,28 min dollar və yaxud 16,23% çoxdur.
Spirtli və spirtsiz içkilər ölkənin ümumi idxalında 0,53%-lik paya malik olub.
Digər xəbərlər
loading...