Strateji əhəmiyyətli Raco və Cinderes bölgələrini terrorçulardan azad etmiş Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrinin mərkəzi hissəsinə üçmərhələli plan əsasında irəliləyəcək
Axar.az xəbər verir ki, plana əsasən, əvvəlcə şimal, cənub və qərbdən irəliləyən dəstələr Afrinin mərkəzi hissəsini mühasirəyə alacaq, aviasiya və artilleriya zərbələrindən sonra isə məskulaşma bölgələrində xüsusi əməliyyata başlanılacaq.
Əməliyyatın final mərhələsində türk ordusu üçtərəfli mühasirəni tamamlayaraq Afrinə daxil olacaq. Bu zaman əməliyyata TSQ-nın xüsusi dəstələri ilə yanaşı, jandarma və polis xüsusi təyinatlı dəstələri də cəlb olunacaq.
Afrinin mərkəzi hissəsindəki əməliyyatlarda terrorçuların ən böyük hiyləsi kimi isə mülki vətəndaşlar göstərilib. Belə ki, vətəndaşların ərazini tərk etməsinə imkan verməyən YPG-PKK terrorçularının rabitə danışıqlarında “Onsuz da Türkiyə yarım milyon insana müdaxilə edə bilməz” dediyi və bununla da mülki şəxsləri canlı qalxan kimi istifadə edəcəyini təsdiqlədiyi bildirilib.
Digər xəbərlər
loading...