Bakıda qanunsuz fəaliyyət göstərən qumarxana aşkar edilib
“Qafqazinfo” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Binəqədi rayonu ərazisində yerləşən çay evlərindən birində pul uduşlu qumar oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.
Obyekt nəzarətə götürülüb və həmin çay evində qumar oyunlarının keçirildiyi sübuta yetirilib. Əməliyyat-axtarış tədbiri nəticəsində həmin obyektdə pul uduşlu qumar oyunları təşkil etməkdə şübhəli bilinən, Bakı şəhər sakini Mübariz Quliyev və orada qumar oynayan şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.
Çay evinə baxış keçirilən zaman qumar oyunlarında istifadə olunan əşyalar, pul vəsaitləri və iş üçün maraq kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.
Digər xəbərlər
loading...