Jurnalist Seymur Həzi ilə Müsavat fəalı Nigar Yaqublu bu gün nikah bağlayıblar.
MilliYol.Az xəbər verir ki, nikah mərasimi Seymur Həzinin həbsdə olduğu 17 saylı cəzaçəkmə müəssisəsində baş tutub.
Nigar Yaqublunun atası Tofiq Yaqublu Qaynarinfo.Az-a bildirib ki, mətbuat nümayəndələri müəssisəyə buraxılmayıblar:"Yalnız Xəzər Rayon qeyduyyat şəbəsinin əməkdaşı və Nigar Yaqublu içəriyə daxil olublar".
Qeyd edək ki, cütlüyün avqustun 1-də nikah bağlamaq istəyi baş tutmamışdı. Nikah Seymur Həzinin cəza çəkdiyi 17 saylı cəzaçəkmə müəssisəsində baş tutmalı olsa da, Asan Xidmətun əməkdaşları onların 10 dəqiqə gecikmələrini səbəb gətirərək, nikahı bağlamaqdan imtina etmişdi.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...