Azərbaycan GOBankingRates nəşri tərəfindən hazırlanan dünyanın yaşamaq üçün ən əlverişli ölkələri siyahısında 35-ci yerdə qərarlaşıb
Yaşayış üçün əlverişlilik reytinqi beş əsas amil – yerli alıcılıq qabiliyyətinin gücü, kirayə, ərzaq, istehlak və restoran qiymətlərinin indeksləri Nyu-Yorkla müqayisə əsasında tərtib edilib.
Nəşr qeyd edir ki, Azərbaycan iqtisadiyyatının əsas qüvvəsi neft və neft məhsulları da daxil olmaqla təbii resurslardır. Azərbaycanda qida məhsulları və istehlak mallarının aşağı qiymətə olması da vurğulanır. Məsələn, Bakıda yaşayış dəyəri Nyu-Yorkla müqayisədə 70% ucuz başa gəlir. Bu gün yaşayış üçün ən ucuz ölkə Hindistandır. Ardınca reytinqdə Səudiyyə Ərəbistanı və Pakistan qərarlaşıb.
Siyahıda Ermənistan 34-cü, Gürcüstan 16-cı, Türkiyə 26-cı, İran 23-cü olub. Rusiya 50 ölkədən ibarət reytinqə düşməyib. (Oxu.az)
Digər xəbərlər
loading...