İstanbul Məhkəməsi terrorçu FETÖ ilə bağlı 21 jurnalistin barəsində 2 ildən 7,5 ilə qədər azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb
“Report”un məlumatına görə, bu barədə “Sabah” qəzeti xəbər verib.
Xəbərdə bildirilir ki, onlar 2016-cı ilin iyulunda ölkədə dövlət çevrilişinə cəhd göstərmiş terror təşkilatı FETÖ-nün təbliğatında təqsirli biliniblər.
Müttəhimlər arasında şərhçi və müğənni Atilla Taş da var. O, terror qrupuna məqsədli şəkildə kömək etməkdə ittiham edilərək 3 il 1 ay azadlıqdan məhrum edilib.
FETÖ ilə əlaqəsi olan KİV-də çalışan jurnalist Murat Aksoy 2 il 1 ay müddətinə, onun həmkarı Cuma Ulus isə 7,5 il müddətinə həbs cəzasına məhkum edilib.
Adları sadalanan şəxslərlə yanaşı daha 18 nəfər Fətullah Gülənlə əlaqədə olmasına, habelə onun terrorçu təşkilatını təbliğ etməsinə görə azadlıqdan məhrum ediliblər.
Digər xəbərlər
loading...