FETO (Fətullah Gülən Terror Təşkilatı) Türkiyədə ikinci çevriliş planı hazırlayır. MilliYol.Az xəbər verir ki, bu barədə qardaş ölkə mediası məlumat yayıb.
15 iyuldakı çevriliş cəhdi uğursuz olan FETO-çuların növbəti qiyam hazırlığında olduğu iddia edilib. Hətta növbəti çevrilişin tarixi də verilib - 14 avqust.
"Hürriyet"in iddiasına görə, Fətullah Gülən son açıqlamasında tərəfdarlarına "səbr edin" təlimatını verib: "Nə qədər ağır gəlirsə-gəlsin dişini sıx və səbr et. Gözləntilərinin qarşısında "kuluçka"da ("kuluçka" bala çıxartmaq üçün yumurta üzərində yatan quşa deyilir) yumurtaların 20 gün çevrildiyi kimi səbr et".
Onun bu çıxışı növbəti çevriliş cəhdi cəhdi kimi dəyərləndirilib. Üstəlik Baş Nazirlikdə çalışan və FETO-ya məlumat ötürməkdə təqsirləndirilərək həbs edilən Akif Mustafa Koçyiğitin adına açılan "Twitter" hesabında paylaşılmış son mesaj bu iddiaları daha da gücləndirir. Həmin mesajda konkret tarix verilir:
MilliYol.Az
Digər xəbərlər
loading...