“Bayıl yamacında sürüşmə nəticəsində evlərinə ziyan dəyən 98 ailənin hamısına kirayə pulu ödənilib”
Bu barədə AzVision.az-a Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov bildirib.
İcra rəsmisi dəyib ki, 11 ay ərzində aylıq kirayə pulları sakinlərin hesablarına yerləşdiriləcək: “Ailə tərkibindən asılı olaraq kirayə haqları dəyişir. Nazirlər Kabinetinin normativlərinə əsasən ailə tərkibi 1-5 nəfər olanlara 200 manat, 6-7 nəfər olanlara 250 manat, 7 nəfərdən çox olanlara isə 300 manat ödənilir. Sürüşmə ərazisində post qoyulub, heç kim əraziyə buraxılmır. Vətəndaşların evdə nələri qalıbsa onu qoruyurlar”.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Bayıl yamacında sürüşmə təhlükəsi ilə bağlı ərazidən köçürülən 98 ailəyə 11 ay ərzində müvəqqəti yerləşdiyi mənzillər üçün kirayə haqqının ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin Ehtiyat fondundan Səbail Rayon İcra Hakimiyyətinə vəsait ayrılıb, vəsaitin bank vasitəsi ilə həmin ailələrə ödənilməsinin təmin olunması RİH-nə tapşırılıb. Həmçinin 10.02.2018-ci il tarixində həmin ərazidə tam dağılmış 4 (dörd) fərdi yaşayış evinin sahiblərinə kompensasiya ödənilməsi üçün tələb olunan vəsaitin məbləğini 10 gün ərzində hesablayıb Nazirlər Kabinetinə təqdim olumması Fövqəladə Hallar Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətinə tapşırılıb.
Digər xəbərlər
loading...