“İsraillə Türkiyə arasında qaz kəmərinin çəkilişi ilə bağlı danışıqlar gedir”
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsrailin Energetika naziri Yuval Ştaynits söyləyib. Onun sözlərinə görə, hələlik tərəflər arasında heç bir razılaşma imzalanmayıb:
"Hələlik İsraildən Türkiyəyə gedəcək qaz kəməri ilə bağlı heç bir razılaşmamız yoxdur. Danışıqlar dostluq çərçivəsində aparılır. Siz bilirsiniz ki, biznes-sektor və hökumətlər arasındakı danışıqlar üçün müəyyən zaman lazımdır".
Qeyd edək ki, İsrail öz qaz kəmərini Türkiyə vasitəsilə Avropaya çatdırmaq istəyir. Rəsmi Təl-Əviv alternativ variant kimi Cənubi Kipr və Yunanıstanı planlaşdırır.
Digər xəbərlər
loading...