Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini əldə etməsi NATO-da ciddi qorxulara səbəb olub
Bu haqda ittifaqın hərbi komitəsinin başçısı Pyotr Pavelə istinadən “Breaking Defence” nəşri yazıb.
Hərbi-siyasi blokun nümayəndəsinin sözlərinə görə, “S-400” NATO-nun texnologiyalarına uyğun gəlmir və ittifaqın hava hücumundan müdafiə sisteminə birləşdirilməmiş ayrı vahid kimi tətbiq ediləcək. Pavel qeyd edib ki, əsas problem Türkiyədə NATO-nun hərbi strukturu haqqında operativ informasiya ilə bağlıdır. Pavel vurğulayır ki, bu informasiya Rusiya sistemlərində saxlanılacaq.
Təşkilatın hərbi komitəsinin başçısı həmçinin narahatlığını ifadə edərək bildirib ki, “S-400”-lərin istismarı müəyyən hazırlıq səviyyəsini tələb edir və bununla əlaqədar olaraq Rusiya mütəxəssisləri yerli hərbçilərə təlimatın keçirilməsi üçün Türkiyəyə göndəriləcək.
Pavel ehtiyat edir ki, Rusiyadan olan bu ekspertlər kritik əhəmiyyətli kəşfiyyat məlumatlarına girişə malik olacaqlar və bu məlumatlar sonradan Rusiya hakimiyyətinə verilə ola bilər.
Daha əvvəl KİV bildirib ki, ABŞ Rusiya zenit-raket kompleksinin alınmasına görə Türkiyəyə qarşı sanksiyaları tətbiq edə bilər.
Qeyd edək ki, Türkiyə “S-400”-ün iki batareyasının əldə edilməsi haqqında Rusiya ilə razılaşıb. Tərəflər həmçinin, Türkiyədə zenit-raket komplekslərinin istehsalının inkişafı üçün texnologiya əməkdaşlığı haqqında razılıq əldə edib.
Xatırladaq ki, “S-400” zenit-raket komplekslərinin çatdırılması üzrə müqavilə Rusiya və Türkiyə arasında 2017-ci ilin dekabrında imzalanıb.
Qeyd edək ki, “S-400” ən yeni böyük mənzilli zenit-raket kompleksidir. Kompleks 400 kilometrə qədər uzaqlıqda aerodinamik hədəfləri və 60 kilometrə qədər uzaqlıqda taktik ballistik hədəfləri və həmçinin 4,8 km/san-a qədər sürətlə uçan qanadlı raketləri, taktik və strateji aviasiyanın təyyarələrini, ballistik raketlərin manevr edən döyüş başlıqlarını vura bilir.
Erkən aşkar etmə radarı 600 kilometrə qədər məsafədə hədəfi aşkar edir. Raketlər 5 metrdən başlayan hündürlükdə aşağıdan uçan hədəfləri vura bilər. Müqayisə üçün deyək ki, “Patriot” yalnız ən azı 100 metr hündürlükdə hədəfləri vura bilir. Zenit-raket sistemi ilə 30 kilometrə qədər hündürlükdə olan hədəfləri məhv etmək mümkündür. Raketlərin bir neçə tipindən istifadə mümkündür, bu isə eşelonlaşdırılmış müdafiə qurmağa imkan verir. (publika.az)
Digər xəbərlər
loading...