Müğənni Nura Suri növbəti dəfə ailə həyatı qurmağa etiraz etməyib. "ATV maqazin onlarla" verilişində N.Suri ailə həyatı quracağı şəxsdə hansı keyfiyyətləri görmək istəyini açıqlayıb:
"İstəyərdim ki, yanımda elə bir insan olsun ki, mənə dayaq olsun. Yəni mən özümü kişi kimi yox, sadəcə qadın kimi hiss edim. İndi həm qadın, həm kişi kimiyəm. Arada oğlum David də deyir ki, ana sən kişi anasan. Çox istəyərdim ki, bütöv ailəm olsun. Güvənə biləcəyim bir insan olsun. Bir baxışımdan, bir sözümdən məni anlasın. Mən onu anlayım. Ailə həyatı qurmaq alın yazımda varsa, təbii ki, həm sevəcəyim, həm hörmət edəcəyim biri olmalıdır".
MilliYol.Az
Digər xəbərlər
loading...