Rusiya prezidenti Vladimir Putin, İran prezidenti Həsən Ruhani və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın növbəti görüşü gözlənilir
Suriya məsələsinin müzakirəsi bu görüşün əsas prioriteti olacaq.
Oxu.Az xəbər verir ki, Zirvə görüşü aprelin 4-də baş tutacaq və ev sahibliyini Rəcəb Tayyib Ərdoğan edəcək.
İstanbulda keçiriləcək görüşdə Suriya ilə yanaşı, bölgənin digər siyasi, iqtisadi problemləri də müzakirə olunacaq.
Görüş çərçivəsində Türkiyə-Rusiya Yüksək Səviyyəli Əlaqələr Şurasının da baş tutması gözlənilir.
Digər xəbərlər
loading...