Rusiya MSK sədri Azərbaycan MSK sədrinə dəvət göndərib
“Qafqazinfo” xəbər verir ki, bu haqda MSK sədri Məzahir Pənahov məlumat verib. O, bildirib ki, aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Azərbaycanda həmin vaxt təşviqat mərhələsi başlayır: “Bu dövrdə MSK-nın müvafiq qərarları olmalıdır və bu qərarlar nəinki gün, hətta saatlarla ölçülür. Ona görə də mən Rusiyada prezident seçkilərinin müşahidə edilməsində iştirak edə bilməyəcəm. Lakin Rusiyada prezident seçkilərinin müşahidəsində MSK üzvü və MSK-nın əməkdaşı iştirak edəcək.
O cümlədən Müstəqil Dövlətlər Birliyinin Müşahidə Missiyasının tərkibində MSK-nın nümayəndələri iştirak edəcək. ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının tərkibində də MSK-nın iki nümayəndəsi olacaq. MSK ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə 10 ildən çoxdur ki, əməkdaşlıq edirik və müxtəlif ölkələrdə keçirilən seçkilərdə bağlı formalaşdırdıqları missiyaların tərkibində MSK-nın nümayəndələri olur".
Digər xəbərlər
loading...