Ötən ay ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublikada olma və yaşama qaydalarına əməl etmədən mövcud qanunvericiliyin tələblərini pozmuş 21 əcnəbi aşkarlanıb
AzVision.az xəbər verir ki, onlardan 18-i barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 3-ü barəsində inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma qərarı qəbul edilib. Ümumilikdə, ay ərzində xidmətə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə Azərbaycan Respublikası vətəndaşları tərəfindən 528 müraciət daxil olub. Bu müraciətlərdən 74-ü əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazənin, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlıdır.
Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Fevral ayı ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 454 müraciət qeydə alınaraq icrası təmin olunub. Həmin müraciətlərdən 198-i elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.
Digər xəbərlər
loading...