Google şirkətindən olan bir qrup tədqiqatçı 72 yüksək ötürücülüklü kubitlərdən istifadə olunduğu kvant prosesorunu yaradıb
Oxu.Az xəbər verir ki, bu barədə şirkətin bloqunda məlumat yayılıb.
Qeyd edək ki, kvant kompüterlər xüsusi “bit” növləri sayılan “kubitlərlə” çalışır. Klassik bitlərdən fərqli olaraq, bütün bu elementlər eyni vaxtda həm sıfır, həm də vahid şəklində ola bilir. Bu özəllik tam yeni hesablama alqoritmləri tərtib etməyə imkan verir.
Kvant kompüterlərinin yaradılmasında əsas problem, çoxsaylı kubitlərlə bağlı hesablamalar və məlumatların yazılması zamanı xətaların ortaya çıxmasıdır. Kubitlərin sayı çox olduqca, problemin miqyası da daha böyük olur.
“Google” komandası bu problemi həll etdiklərini iddia edir. Tədqiqatçıların təqdim etdiyi 72-kubitli kvant prosessoru, sələfi – 9-kubitli prosessorun sxemi əsasında hazırlansa da, yeni kompüterdə kubitlər zəncirvari şəkildə bir-birinə bağlı deyil.
Onlar bir-birinin üzərində yerləşən iki “6*6” kvadrat massivini formalaşdırır. Belə mövqe hesablama zamanı meydana gələn xətaları müəyyən edib, aradan qaldırmağa imkan verir.
ABŞ-ın informasiya texnologiyaları nəhəngi super-kompüterin xarakteristikası ilə bağlı təfsilatları açıqlamasa da, şirkət rəsmilərinin sözlərinə görə, qurğu kvant mükəmməlliyinə nail olmaq, ən mürəkkəb tənliklərini yerinə yetirmək imkanı yaradır.
Digər xəbərlər
loading...